Alo Dayə şirkəti peşəkar səyyar dayə xidməti təklif edir. Dayələrimiz istədiyiniz qrafik üzrə qeyd etdiyiniz məkana gəlib, həm övladınızın qayğısına qalır, həm də tədrisini aparır. Həmçinin, dayələrimiz peşəkar pedaqoji, pediatrik və psixoloji təlimlərdən keçmiş, tam ixtisaslaşmış mütəxəssisdirlər. Dayələrimiz tərəfindən övladınızın inkişafına dair xüsusi fizioloji ve psixoloji metodikalar da tətbiq olunacaq.
Daimi müştərimiz olduğunuz halda, Sizin üçün bonus proqramlar da həyata keçirilir. Hər ay evinizə ödənişsiz təmizlikçi komanda və aşpaz göndərilir. Həmçinin, uşağın ad gününün təşkilatını da şirkət öz üzərinə götürür. Şirkətin əsas məqsədi 7/24 ailələri peşəkar xidmət ilə təmin edib, ailənizə rahatlıq bəxş etməkdir. Dayələrimiz daim nəzarət olunur və Siz tam hüquqi olan müqavilə ilə qorunursunuz. Bizə etibar edin və mükəmməl işin şahidi olun!